Dolayı kotirovka

Indirect quotation Daxili valyutanın bir vahidinin mübadilə olunduğu xarici valyuta vahidinin miqdarını göstərən terminidir. Məsələn, ABŞ-da dolayı kotirovkaya ən sadə misal kimi funt sterlinq/dollar məzənnəsini göstərmək olar. ABŞ bankları beynəlxalq əməliyyatlarında dolayı kotirovkadan, daxili əməliyyatlarında isə birbaşa kotirovkadan istifadə edirlər.
Dolama
Dollar dəyərinin ortalanması
OBASTAN VİKİ
Kotirovka
Kotirovka (fr. coter, "sitat") — maliyyə aktivinin satıcı və ya alıcı tərəfindən elan edilən və alqı-satqı etməyə hazır olduğu cari qiyməti (təklif olunur). Adətən mübadilə qiyməti kimi nisbətən sürətlə dəyişən qiymətə aiddir. Maliyyə aktivinin növündən asılı olaraq kotirovka valyuta məzənnəsi, qiymətli kağızın dəyəri, kreditin faiz dərəcəsi, mal və ya xammalın qiyməti adlandırıla bilər . Bəzən kotirovka almaq və ya satmaq təklifinin qiyməti deyil, yalnız bağlanmış əqdin qiyməti hesab olunur. Birjalarda qiymətlər xüsusi kotirovka komissiyası (komitə) tərəfindən qeydə alınır və onları malların topdansatış qiymətləri, qiymətli kağızların və xarici valyutaların məzənnələri haqqında xüsusi birja bülletenlərində dərc etdirir. Adətən birja sessiyasının açılış və bağlanış qiymətləri, günün maksimum və minimum qiyməti dərc olunur. Belə nəşrlər "rəsmi sitatlar" adlanır. Kotirovkalar hərracda yaranan bazar şərtlərini, tələb və təklifin nisbətini əks etdirir. Kotirovkalar qiymətli kağızlara və valyutalara sahib olan müxtəlif şirkətlər tərəfindən maliyyə əməliyyatları apararkən, habelə xammal və ya mal ehtiyatlarının balanslaşdırılması üçün istifadə olunur.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.

Значение слова в других словарях